Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR - YENİLƏNİB

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR - YENİLƏNİB Fotolar əlavə olunub
Daxili siyasət
575
20 Yanvar , 2020 12:20
Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR - YENİLƏNİB

Fotolar əlavə olunub


*** 09:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər.

"Report" xəbər verir ki, dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Dövlət və hökumət rəsmiləri, respublikadakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad edilbər.

Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin sədri Oqtay Əsədov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi