Prezident İlham Əliyev Samux rayonunda səfərdədir

Prezident İlham Əliyev Samux rayonunda səfərdədir Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub
Daxili siyasət
19 Avqust , 2017 17:22
Prezident İlham Əliyev Samux rayonunda səfərdədir

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Samux rayonuna səfərə gedib.

"Report" xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında, həmçinin rayonda görülən işlər, həyata keçirilən və keçiriləcək layihələr barədə Prezident İlham Əliyevə məlumat verib.

Son xəbərlər

Orphus sistemi