Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib - YENİLƏNİB Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxıblar
Daxili siyasət
19 Mart , 2018 10:49
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib - YENİLƏNİB

Bakı. 19 mart. REPORT.AZ/ "Report"un xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər.

Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.

Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxıblar.

Dövlət başçısı və xanımı “Novruz” yarmarkası ilə tanış olublar.


*** 10:09

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.

"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz şənliyində iştirak ediblər.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.

Milli geyimli uşaqlar meydanda rəqs ediblər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnılarının sədaları ətrafa yayılıb, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğurub.

Bahar qız dövlət başçısına səməni təqdim edib.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanıblar.

Ulu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb. 

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.

Dövlət başçısı bayram şənliyində nitq söyləyib. 

Son xəbərlər

Orphus sistemi