Yuxarı

Prezident İlham Əliyev Macarıstanın Azərbaycandakı səfirini qəbul edib

Səfirin diplomatik fəaliyyəti başa çatıb

Bakı. 1 may. REPORT.AZ/ Prezident İlham Əliyev mayın 1-də Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jolt Çutoranı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. "Report" xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğu bildirilib, əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmi qeyd olunub.

İki ölkə arasında əməkdaşlığın inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb və münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi