"Əminəm ki, siz gələcək fəaliyyətinizdə də ümumi işimizə dəyərli töhfələr verəcəksiniz".
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan dövləti inkişaf edir, qarşıda duran bütün vəzifələr icra olunur: "Hörmətli Ramiz müəllim, siz uzun illərdir ki, müxtəlif məsul vəzifələrdə işləyirsiniz. Həm sovet dönəmində, həm müstəqillik dövründə ölkəmizin inkişafına böyük töhfələr vermisiniz. Təsadüfi deyil ki, ulu öndər
Prezident İlham Əliyev vurğulayıb ki, gənclər milli ruhda tərbiyə olunmalıdır: "Ancaq həyat yerində durmur, artıq yaşınız səksəni keçib və siz də həmişə deyirdiniz ki, biz gərək gəncləri irəli çəkək, gənclərə yol verək, onlar da yetişsinlər ki, bizim inkişafımız uzunmüddətli olsun. Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər milli ruhda tərbiyə olunmalıdır. İndi siz də yaxşı bilirsiniz, bu qloballaşma adı altında demək olar ki, bəzi ölkələrin, xalqların milli mənliyi elə bil, silinmək təhlükəsi ilə üzləşib. Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk. Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa bağlı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar. Ona görə də gənc kadrların qabağa çəkilməsi onlara imkan verir ki, həm təcrübə toplasınlar, həm də artıq yaşlı kadrlar öz məsləhətlərini verməklə onları düzgün yola istiqamətləndirirlər".
"Mən bilirəm ki, siz elmi işlərlə də fəal məşğulsunuz, bir çox böyük elmi əsərlərin müəllifisiniz. Bilirəm, sizin də istəyiniz ondan ibarətdir ki, bundan sonra elmi işlərlə məşğul olasınız. Sizin çox böyük potensialınız var və müəllifi olduğunuz kitablar çox böyük diqqətə və qiymətə layiqdir. Xalq, dövlət qarşısında göstərdiyiniz xidmətlərə görə mən sizi bu gün dövlətimizin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edirəm. Siz bilirsiniz ki, bu orden bir çox hallarda xarici dövlət və hökumət başçılarına verilir, hər kəsə yox. Bu orden doğrudan da xalqımızın, dövlətimizin dostlarına, ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynamış dövlət və hökumət başçılarına, ziyalılara, incəsənət xadimlərinə verilir. Ona görə bu ordenin sizə verilməsi əlbəttə ki, xüsusi məna daşıyır, siz buna layiqsiniz. İlk növbədə, ona görə ki, uzun illər ərzində ulu öndər Heydər Əliyevə və dövlətə sədaqətlə xidmət etmisiniz. Ulu Öndərin adını daşıyan bu orden sizə bütün əsaslar olmaq şərtilə verilir. Əminəm ki, siz gələcək fəaliyyətinizdə də ümumi işimizə dəyərli töhfələr verəcəksiniz", - deyə dövlət başçısı qeyd edib.