Prezident İlham Əliyev Binə qəsəbəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub

Prezident İlham Əliyev Binə qəsəbəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub Dövlət başçısı küçənin rəmzi açılışını bildirən lenti kəsib
Daxili siyasət
26 Dekabr , 2016 10:25
Prezident İlham Əliyev Binə qəsəbəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub

Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı şəhəri Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olublar.

“Report”un xəbərinə görə, Prezident İlham Əliyev küçənin rəmzi açılışını bildirən lenti kəsib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, Əli İsazadə küçəsinin yenidən qurulması layihəsi çərçivəsində yol yatağının eni 20-22 metrə qədər genişləndirilib. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün yol boyunca səkilər tikilib. Sutkanın qaranlıq saatlarında hərəkətin normal təşkili üçün yolboyu müasir işıqlandırma sistemi qurulub. Bundan başqa, layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılması üçün zəruri olan bəzi yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılıb. Yenidənqurma çərçivəsində kommunikasiya xətləri kənara köçürülüb, zəruri yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilib və yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Küçə boyunca zəruri yerlərdə 17 yol nişanı quraşdırılıb, yol-cizgi və göstərici xətlər çəkilib.

Yenidən qurulan bu küçə Heydər Əliyev prospekti-Hava Limanı-Mərdəkan avtomagistralındakı mövcud yol qovşağından istifadə etməklə Binə, Mərdəkan, Bilgəh, Qala, Pirallahı qəsəbələrinə və şəhərin mərkəzinə doğru əhalinin rahat gediş və gəlişini təmin etməyə imkan yaradacaq.

Son xəbərlər

Orphus sistemi