Prezident İlham Əliyev Biləsuvar Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb
Prezident İlham Əliyev Biləsuvar Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıbNazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb
Bakı. 27 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev “Biləsuvar rayonunun Əsgərabad-Muğan avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla 10 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı Biləsuvar Rayon İcra Hakimiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.