Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyasına rektor təyinatı edib

    Sərəncamla Timuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin olunub

    Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Timuçin Əfəndiyevin Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla Timuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilib.

    Prezidenti İlham Əliyev həmçinin “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb. 

    Nazirlər Kabinetinə (NK) tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Prezidentinə təqdim etsin.

    Nazirlər Kabinetinə NK-nın normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək və Bakı Xoreoqrafiya Akademiyasının fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.

    Ədliyyə Nazirliyi isə Bakı Xoreoqrafiya Akademiyasının dövlət qeydiyyatına alınmasını bir ay müddətində təmin etməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi