Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Bakı Atıcılıq Mərkəzinin açılışında iştirak edib

    Mərkəzin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb

    Bakı. 9 mart. REPORT.AZ/ Martın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Biləcəri qəsəbəsində yerləşən Bakı Atıcılıq Mərkəzinin açılışında iştirak ediblər. “Report”un xəbərinə görə, gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına Mərkəz haqqında məlumat verib.

    Bildirilib ki, Mərkəz idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada yarışların yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Mərkəzin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb.

    Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

    Qeyd edilib ki, Bakı Atıcılıq Mərkəzinin baş planına əsasən ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Mərkəzin güllə atıcılığı binası müasir səviyyədədir.

    Bildirilib ki, Mərkəzdə idmançılar və məşqçilər, həmçinin qonaqlar üçün mehmanxana binası da inşa edilib. Dörd mərtəbə və terrasdan ibarət binada qonaqlar üçün yüksək şərait yaradılıb.

    Diqqətə çatdırılıb ki, mərkəzdə 495 avtomobil yerlik yerüstü, həmçinin 26 avtomobil yerlik VİP dayanacaqlar da inşa edilib.

    Qeyd olunub ki, belə bir müasir kompleksin yaradılması “Bakı-2015” ilk Avropa Oyunları zamanı idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi