Prezident İlham Əliyev: "Atəşkəs rejimi pozularsa, məsuliyyət Ermənistan tərəfi üzərində olacaq"

Prezident İlham Əliyev: "Atəşkəs rejimi pozularsa, məsuliyyət Ermənistan tərəfi üzərində olacaq" Rusiya Federasiyasının Prezidenti Azərbaycan Respublikasının Prezidentinə telefonla zəng edib
Daxili siyasət
303
5 Aprel , 2016 19:08
Prezident İlham Əliyev: Atəşkəs rejimi pozularsa, məsuliyyət Ermənistan tərəfi üzərində olacaq

Bakı. 5 aprel. REPORT.AZ/ Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

"Report" xəbər verir ki, məlumatı Prezidentin mətbuat xidməti yayıb.

Rusiya Federasiyasının Prezidenti cəbhə xəttindəki son hadisələrlə bağlı bir daha narahatlığını ifadə edib, vəziyyətlə maraqlanıb. Prezident Vladimir Putin atəşkəs rejiminin möhkəmlənməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfi ilk gündən atəşkəs rejimi ilə bağlı bəyanat verməsinə baxmayaraq, qarşı tərəf döyüş əməliyyatlarını davam etdirib. Dövlət başçısı qeyd edib ki, bu gün günorta saatlarından başlayaraq atəşkəs rejimi bərpa edilib və əgər bu rejim pozularsa, məsuliyyət Ermənistan tərəfi üzərində olacaq.

Söhbət zamanı dövlət başçıları ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinə bir daha öz dəstəyini ifadə ediblər. Azərbaycan və Rusiya prezidentləri bir daha ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi