​Prezident İlham Əliyev Astara rayonunda səfərdədir

​Prezident İlham Əliyev Astara rayonunda səfərdədir Dövlət başçısı Astarada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
Daxili siyasət
11 Aprel , 2015 12:38
​Prezident İlham Əliyev Astara rayonunda səfərdədir

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Astara rayonuna səfərə gəlib.

"Report" xəbər verir ki, dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Prezident İlham Əliyevə abidənin ucaldığı Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda görülən işlər barədə məlumat verib.

Son xəbərlər

Orphus sistemi