Prezident İlham Əliyev aprel döyüşlərinin qəhrəmanlarını təltif edib

Prezident İlham Əliyev aprel döyüşlərinin qəhrəmanlarını təltif edib Təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülənlər də var
Daxili siyasət
19 Aprel , 2016 12:18
Prezident İlham Əliyev aprel döyüşlərinin qəhrəmanlarını təltif edib

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif olunub.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib.

Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər var.

Son xəbərlər

Orphus sistemi