Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri başlayıb

    Dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub

    Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da Ağsu rayonuna səfərə gedib. 

    "Report" xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

    Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verib ki, ulu öndərin abidəsinin ucaldıldığı Heydər Əliyev Parkında geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi