Yuxarı

Prezident İlham Əliyev 2016-cı il dövlət büdcəsi haqqında qanunu imzalayıb

Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir

Bakı. 7 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında qanunu imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin gəlirləri 14 566 000,0 min manat, xərcləri 16 264 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 13 799 654,5 min manat, yerli gəlirləri 766 345,5 min manat, mərkəzləşdirilmiş xərcləri 14 722 749,0 min manat, yerli xərcləri 1 541 251,0 min manat) məbləğində təsdiq edilib.

Həmçinin, ölkənin 2016-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2 500 000,0 min manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1 500 000,0 min manat təsdiqlənib.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 698 000,0 min manat məbləğində təsdiq edilib. Onun maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxilolmalar, xarici qrantlar və 2016-cı ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

Azərbaycan Respublikasının 2016-cı il icmal büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 19 956 524,8 min manat müəyyənləşdirilib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, Azərbaycanın 2016-cı il icmal büdcəsinin kəsiri 9 947 954,7 min manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi