Ermənilərin kənd təsərrüfatına vurduğu ziyanın aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM

Ermənilərin kənd təsərrüfatına vurduğu ziyanın aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 1 400 000 (bir milyon dörd yüz min) manat vəsait ayrılıb.
Daxili siyasət
6 İyul , 2021 14:21
Ermənilərin kənd təsərrüfatına vurduğu ziyanın aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM
0 : 00
0 : 00

Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına (kənd təsərrüfatı məhsulları, texnika, əkin sahələri, mal-qara və s.) dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 1 400 000 (bir milyon dörd yüz min) manat vəsait ayrılıb.

Son xəbərlər

Orphus sistemi