Prezident: Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır

Daxili siyasət
  • 14 fevral, 2024
  • 13:17
Prezident: Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır

2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində deyib.

Dövlət başçısı həmçinin bildirib: “Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq”.