Prezident DTX hərbi qulluqçuları və işçilərinin ştat sayı ilə bağlı dəyişiklikləri təsdiqləyib

Prezident DTX hərbi qulluqçuları və işçilərinin ştat sayı ilə bağlı dəyişiklikləri təsdiqləyib Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbçi qulluqçularının və qurumun sisteminə işə götürülən işçilərin ştat sayının həddində dəyişikliklər təsdiqlənib.
Daxili siyasət
15 Dekabr , 2022 19:47
Prezident DTX hərbi qulluqçuları və işçilərinin ştat sayı ilə bağlı dəyişiklikləri təsdiqləyib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularının və qurumun sisteminə işə götürülən işçilərin ştat sayı ilə bağlı dəyişikliklər təsdiqlənib.

"Report"un xəbərinə görə, Prezident İlham Əliyev “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə dəyişikliklərin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi