Azərbaycan lideri: Bu il keçmiş köçkünlərin qayıtdığı yaşayış məntəqələrinin sayı 20-yə çatacaq

Azərbaycan lideri: Bu il keçmiş köçkünlərin qayıtdığı yaşayış məntəqələrinin sayı 20-yə çatacaq Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq.
Daxili siyasət
26 Fevral , 2024 17:24
Azərbaycan lideri: Bu il keçmiş köçkünlərin qayıtdığı yaşayış məntəqələrinin sayı 20-yə çatacaq

Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

"Bu il həm Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb" - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi