Prezident Beyləqan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Prezident Beyləqan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb Çoxmənzilli binaların əsaslı təmiri işləri həyata keçiriləcək
Daxili siyasət
15 Noyabr , 2016 18:11
Prezident Beyləqan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Beyləqan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Report”un xəbərinə görə, sərəncam Beyləqanda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 25 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə verilib.

Sənədə əsasən, Beyləqan şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi