Prezident “Azərsu”ya 3,73 milyon manat ayırıb

Prezident “Azərsu”ya 3,73 milyon manat ayırıb Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdiriləcək
Daxili siyasət
28 Dekabr , 2017 12:10
Prezident “Azərsu”ya 3,73 milyon manat ayırıb

Bakı. 28 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev “Bakı şəhəri Sabunçu rayonunun Sabunçu, Maştağa və Suraxanı rayonunun Əmircan, Bülbülə və Qaraçuxur qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,73 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, sərəncam icrası çərçivəsində Bakı şəhəri Sabunçu rayonunun Sabunçu qəsəbəsində diametrləri 110-160 mm, uzunluğu 6,5 km olan paylayıcı su şəbəkəsinin, Maştağa qəsəbəsində diametrləri 110-225 mm, uzunluğu 9,2 km olan paylayıcı su şəbəkəsinin, Suraxanı rayonunun Əmircan qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 5,4 km olan paylayıcı su şəbəkəsinin, Bülbülə qəsəbəsində diametrləri 110-160 mm, uzunluğu 6,0 olan km paylayıcı su şəbəkəsinin, Qaraçuxur qəsəbəsində diametri 530 mm, uzunluğu 0,8 km olan su kəmərinin və diametrləri 110-280 mm, uzunluğu 1,8 km olan paylayıcı su şəbəkəsinin tikilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi