Bakı. 26 sentyabr. REPORT.AZ/ Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev referendumda səs verib.
"Report"un məlumatına görə, R.Mehdiyev 29 saylı Səbail seçki dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva da həmin seçki məntəqəsində səs verib.
Səsvermənin gedişatını yerli və beynəlxalq müşahidəçilər, KİV nümayəndələri izləyiblər.
Aygün İbrahimli, Samirə Abdullayeva