Polislərin maaşları artırılıb

Polislərin maaşları artırılıb Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
1468
6 Mart , 2018 18:37
Polislərin maaşları artırılıb

Bakı. 6 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır.

Son xəbərlər

Orphus sistemi