Polis Şəkidə karantin rejiminə nəzarət edir

Polis Şəkidə karantin rejiminə nəzarət edir Şəki şəhərinin və rayonun Kiş kəndinin giriş-çıxışlarında polis postları qurulub.
Daxili siyasət
1945
4 Noyabr , 2020 15:48
Polis Şəkidə karantin rejiminə nəzarət edir

Şəki şəhərinin və rayonun Kiş kəndinin giriş-çıxışlarında polis postları qurulub.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, postlarda polis əməkdaşları və Daxili Qoşunların əsgərləri xidmət aparır. Şəhərə daxil olan avtomobillər yoxlanılır.

Avtomobillər saxlanılarkən sürücülərlə maarifləndirici söhbətlər aparılıb. Onların diqqətinə tibbi maskadan istifadənin vacibliyi çatdırılıb. Onlara bildirilib ki, görülən tədbirlər dünyanı bürüyən və Azərbaycandan da yan keçməyən pandemiyanın qarşısının alınması məqsədi daşıyır. Qaydaları pozanların isə barələrində qanunauyğun tədbirlər görülür.

Qeyd edək ki, ölkəmizin bir neçə şəhər və rayonunda karantin rejimi tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi