Fuad Qəhrəmanlı və Eldəniz Quliyev polis general-mayoru Səhlab Bağırovla görüşüb

Fuad Qəhrəmanlı və Eldəniz Quliyev polis general-mayoru Səhlab Bağırovla görüşüb ​BŞBPİ Milli Şuranın mitinqi ilə bağlı təşkilatçılara xəbərdarlıq edib
Daxili siyasət
13 Mart , 2015 17:46
Fuad Qəhrəmanlı və Eldəniz Quliyev polis general-mayoru Səhlab Bağırovla görüşüb

Bakı. 13 mart. REPORT.AZ/ Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqin təşkilatçıları Fuad Qəhrəmanlı və Eldəniz Quliyev çağırış əsasında Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar.

E.Quliyev "Report"a açıqlamasında deyib ki, onlar BŞBPİ-nin rəis müavini polis general-mayoru Səhlab Bağırovla görüşüblər.

S.Bağırov Milli Şuranın martın 15-də saat 15:00-da Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirəcəyi mitinqlə bağlı təşkilatçılara xəbərdarlıq edib.

Təşkilatçılara bildirilib ki, mitinqin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) ünvanlanan müraciətdə qeyd olunan şüarlardan başqa şüarların səslənməsinə, asayişi poza biləcək addımların atılmasına imkan verilməyəcək.

Mitinq təşkilatçıları da hər şeyin razılaşdırıldığı kimi olacağını qeyd ediblər, hüquq-mühafizə orqanlarının təhlükəsizliyi təmin etmələrinin vacibliyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi