Polis əməkdaşları vaksinasiya edilir - YENİLƏNİB

Daxili siyasət
  • 12 fevral, 2021
  • 10:52
Polis əməkdaşları vaksinasiya edilir - YENİLƏNİB

Video əlavə olunub

11.08

Daxili işlər orqanlarının əməkdaşları vaksinasiya edilir.

“Report” xəbər verir ki, polis əməkdaşlarının peyvəndlənməsi Daxili İşlər Nazirliyinin (DİN) Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalında, həmçinin 1 və 2 saylı poliklinikalarında həyata keçirilir.

DİN Tibb İdarəsinin şöbə rəisi Loğman Zeynalov "Report" a açıqlamasında bildirib ki, Bakı şəhərində polislərin vaksinasiyasına fevralın 6-dan başlanılıb və könüllülük əsasındadır.

Loğman Zeynalov

Onun sözlərinə görə, respublikanın rayon və şəhərlərində polislərin vaksinasiyasını TƏBİB və Səhiyyə Nazirliyinin müalicə-profilaktika müəssisələri həyata keçirəcək və yaxın vaxtlarda başlanacaq.

Hospitalın cərrahiyyə şöbəsinin baş tibb bacısı Tükəzban Əzizova “Report”a bildirib ki, indiyədək vaksin vurulan polis əməkdaşlarının heç birində əlavə təsir qeydə alınmayıb.

Polis əməkdaşları vaksinasiya edilir - YENİLƏNİB

Son xəbərlər

Bütün Xəbər Lenti