Polad Bülbüloğlu: “Heydər Əliyev mədəniyyət üçün çox işlər görüb”

Polad Bülbüloğlu: “Heydər Əliyev mədəniyyət üçün çox işlər görüb” Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun video müraciətini yayımlayıb.
Daxili siyasət
10 May , 2020 15:30
Polad Bülbüloğlu: “Heydər Əliyev mədəniyyət üçün çox işlər görüb”

Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun video müraciətini yayımlayıb.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, müraciətdə qeyd olunur ki, dünyada epidemioloji durumla əlaqədar olaraq bu il Heydər Əliyevin doğum günü Azərbaycanın Rusiyadakı səfirliyində qeyd olunmayıb.

“Əziz dostlar, uzun illərdir ki, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyində Heydər Əliyevin doğum gününü qeyd edirdik. May ayının 10-da bu binaya Rusiyanın dövlət adamları, siyasətçilər, səfirlər, diplomatlar, tanınmış sənət ustaları, diaspor nümayəndələri toplaşaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi yad edirdilər. Onu tanıyanlar, onunla bir yerdə işləyənlər Heydər Əliyev haqqında xatirələrini bölüşürdülər. Təəssüf ki, müəyyən səbəblərdən bu il tədbirimiz baş tutmadı”.

Səfir bildirib ki, Rusiya Heydər Əliyevin həyatında xüsusi önəm kəsb edib: “Qeyd etmək istərdim ki, Rusiya Heydər Əliyevin taleyində xüsusi yer tutub. Gənc olarkən Heydər Əliyev Sankt-Peterburqda təhsil almış və Azərbaycanın rəhbəri olarkən, məhz, bu binada onun iş otağı vardı, burada fəaliyyət göstərirdi.

Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü idi və Baş nazirin birinci müavini vəzifəsində çalışırdı. Demək olar ki, o dönəm Sovet İttifaqında heç bir ciddi məsələ Heydər Əliyevin müdaxiləsi olmadan həll olunmurdu. Müxtəlif komissiyaların sədri idi, həmişə sənət adamlarına yardım edirdi. Heydər Əliyev Azərbaycanda da işləyəndə, Moskvada da işləyəndə mədəniyyət üçün çox işlər görüb”.

“Onu da qeyd etmək istərdim ki, Azərbaycanda 20 Yanvar hadisələri baş verəndən sonra, səhəri gün Heydər Əliyev ailə üzvləri ilə bu binaya gəlib və mətbuat konfransı keçirərək, hadisəyə siyasi qiymət verib. O vaxtı sovet repressiv maşınından qorxmadan söz sözünü deyərək, Sovet İttifaqı rəhbərlərinə ittihamlar irəli sürüb.

Mən inanıram ki, qarşıdan gələn illərdə Heydər Əliyevin doğum günü bu binada qeyd olunacaq. Bu fürsətdən istifadə edərək, hörmətli Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. 75 illik yubileyim ərəfəsində hörmətli Prezidentimiz məni çox əziz və ölkəmizin ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif edib. Çox sağolun, cənab Prezident”.

Son xəbərlər

Orphus sistemi