Pirallahıda Vətən müharibəsinə həsr edilən kitabın təqdimatı olub

Pirallahıda Vətən müharibəsinə həsr edilən kitabın təqdimatı olub Pirallahıda Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) son nəşri olan “Vətən müharibəsi tarixi: Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabı təqdim edilib.
Daxili siyasət
19 Dekabr , 2024 15:41
Pirallahıda Vətən müharibəsinə həsr edilən kitabın təqdimatı olub

Pirallahıda Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) son nəşri olan “Vətən müharibəsi tarixi: Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabı təqdim edilib.

“Report” xəbər verir ki, Pirallahı Rayon İcra Hakimiyyətində Bakı Şəhəri İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi: Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirilib.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan partiyası (YAP) rayon təşkilatının, Ağsaqqallar Şurasının rəhbərliyi, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir sözügedən kitabın və BŞİH tərəfindən nəşr olunan digər əsərlərin sərgiləndiyi kitab sərgisi ilə öz işinə başlayıb. Daha sonra tədbir iştirakçılarına kitab haqqında hazırlanmış video-çarx nümayiş etdirilib.

Pirallahı rayon icra hakimiyyətinin başçısı Vasif İmanov tədbiri giriş nitqi ilə açaraq bu gün təqdimatı keçirilən kitabın həm tarixi, həm də mədəni baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin tarixinin gələcək nəsillərə ötürülməsi və xarici dairələrə təqdim olunması üçün mühüm bir addımdır. O, kitabın əhəmiyyətindən danışaraq, BŞİH-nin AMEA-nın Tarix İnstitutu ilə birgə hazırladığı Vətən müharibəsinə həsr edilmiş əvvəlki kitabın davamı kimi nəşr edilən yeni kitabın 44 günlük müharibədən keçən dövr ərzində Azərbaycanda baş verən mühüm hadisələrə həsr olunduğunu bildirib.

İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyev bu mübarizənin lideridir və onun zəngin dövlətçilik təcrübəsi, strateji baxışı, xalqla sıx münasibətləri və Qarabağ müharibəsindəki yüksək rəhbərlik bacarığı bu kitabın yaranmasında böyük bir ilham mənbəyi olub. Prezident İlham Əliyevin şəxsiyyəti və liderliyi, yalnız hərbi əməliyyatların qələbə ilə başa çatmasında deyil, həm də ölkənin beynəlxalq aləmdəki mövqeyinin gücləndirilməsində və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Bu şəxsiyyətin həyat yolu, ölkənin müstəqil və güclü gələcəyinə gedən yolda bütün Azərbaycan xalqı üçün örnəkdir.

Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, 168 nömrəli tam orta məktəbin müəllimi Sevda Alxasova, Laçın rayon Müseyib Müseyibov adına Bozlu kənd tam orta məktəbinin direktoru Nuridə Əhmədova, Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin anası Çiçək Biləndərli, Ağsaqqallar Şurasının sədri Əli Kərimov kitabın yazılmasında əməyi keçən bütün şəxslərə təşəkkür edərək Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı Prezident İlham Əliyevin rolunun əvəzsiz olduğunu vurğulayıblar. Çıxışçılar yeni çap edilən kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin təhlili və gələcək nəsillərə düzgün çatdırılmasının geniş təbliğində mühüm rol oynayacağını vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi