Penitensiar Xidmətin əməkdaşları “Heydər zirvəsi”nə yürüşü uğurla başa vurublar

Penitensiar Xidmətin əməkdaşları “Heydər zirvəsi”nə yürüşü uğurla başa vurublar Onlar Azərbaycan Respublikasının dövlət bayrağını zirvəyə sancıblar
Daxili siyasət
11 May , 2017 19:50
Penitensiar Xidmətin əməkdaşları “Heydər zirvəsi”nə yürüşü uğurla başa vurublar
Penitensiar.justice.gov.az

Bakı. 11 may. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə “Heydər zirvəsi”nə yürüşü uğurla başa vurublar.

Xidmətdən "Report"a verilən məlumata görə, Penitensiar Xidmətin şəxsi heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə Şahdağ Milli Parkında yerləşən “Heydər zirvəsi”nə təşkil edilən yürüşdə Ədliyyə Nazirliyini təmsil ediblər.

Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin dəstəyi, Hava və Ekstremal İdman Növləri Federasiyasının rəhbərliyinin iştirakı ilə təşkil olunan yürüşdə Penitensiar Xidmətin mühafizə alayının əməkdaşları - ədliyyə kapitanı Vüsal Cavadov, ədliyyə baş leytenantı Elçin Səfərov, ədliyyə giziri Cövhər Əliyev, ədliyyə baş çavuşu Əli Rüstəmov, ədliyyə kiçik giziri Rasim Hacıyev və Tərbiyə müəssisəsinin əməkdaşı, ədliyyə baş çavuşu Mahmud Səfərov iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin müəyyən etdiyi yürüş qrafikinə əsasən, iştirakçılar Quba rayonunun Xınalıq kəndindən Qızılqaya massivində yerləşən “Heydər zirvəsi” istiqaməti üzrə yürüş ediblər.

“Heydər zirvəsi”nə yürüşdə müvəffəqiyyətlə iştirak edən Penitensiar Xidmət əməkdaşları ümummilli lider Heydər Əliyevin ruhuna hörmət əlaməti olaraq, Azərbaycan Respublikasının dövlət bayrağını zirvəyə sancıblar.

Son xəbərlər

Orphus sistemi