Yuxarı

​Müsavat Partiyasının Məclis sədri məlum olub

Müsavat Partiyasının Məclis sədrliyinə, Məclisinə boş qalan yerlərə seçkilər keçirilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün Müsavat Partiyasının Məclis sədrliyinə, Məclisinə, Divanına, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının boş qalan yerlərinə seçkilər keçirilib.

"Report"un məlumatına görə, seçkidə alternativsiz namizəd partiya başqanının müavini Nüşabə Sadıxlı Müsavat Partiyası Məclisinin sədri, Rauf Ağa isə katibi seçilib. 

Bundan başqa, Alya Yaqublu, Başxanım Abbaslı, Gülağa Aslanlı və Səxavət Soltanlı partiya Divanına üzv seçiliblər. 

MNTK üzvlüyünə namizədliklərini irəli sürmüş 4 nəfər kvorum olmadığından üzv seçilə bilməyiblər. 

Məclis üzvlüyünə isə cəmi 6 nəfər seçilib. Hazırda Məclisdə 26 yer boş qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi