Yuxarı

Deputatlığa namizədliklərini irəli sürənlərin sayı açıqlanıb

Məzahir Pənahov: “Parlament seçkilərində iştirakla bağlı 48 seçki dairəsi üzrə 81 nəfər namizədlik üçün müraciət edib”

Bakı. 4 sentyabr. REPORT.AZ/ “Siyasi partiyalar artıq namizədlərini müəyyənləşdiriblər. Mövqeyimiz ondan ibarətdir ki, müraciətlərə baxılması qanunvericilik çərçivəsində olmalıdır”.

“Report”un məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bu il noyabrın 1-də keçiriləcək parlament seçkilərində namizəd olmaq üçün 48 seçki dairəsi üzrə 81 nəfər namizədlik üçün müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi