Parlament jurnalistləri şimal-qərb bölgəsində bayraq aksiyası keçirib

Parlament jurnalistləri şimal-qərb bölgəsində bayraq aksiyası keçirib Media nümayəndələri səfər çərçivəsində Balakən, Şəki, Qax, Zaqatala, Oğuz, İsmayıllı bölgələrində 2 minə yaxın bayraq paylayıblar
Daxili siyasət
9 Noyabr , 2016 14:19
Parlament jurnalistləri şimal-qərb bölgəsində bayraq aksiyası keçirib

Bakı. 9 noyabr. REPORT.AZ/ Parlament Jurnalistləri Birliyinin (PJB) 20-ə yaxın üzvü şimal-qərb bölgəsində olublar. 

“Report”un məlumatına görə, tədbir Milli Məclisin Balakəndən seçilən üzvü Nəsib Məhəməliyev və Parlament Jurnaslitləri Birliyinin təşkilatçılığı ilə baş tutub.

Hər il ənənəvi olaraq 9 noyabr - Dövlət Bayrağı Günü PJB üzvləri tərəfindən qeyd edilir.

Bu il də davam etdirilən ənənəvi səfərdə məqsəd Dövlət Bayrağı Gününün bölgələrdə geniş təbliğatını aparmaq, insanların bu barədə bilgilərini artırmaqdan ibarətdir.

Jurnalistlər səfər çərçivəsində Balakən, Şəki, Qax, Zaqatala, Oğuz, İsmayıllı bölgələrində 2 minə yaxın bayraq paylayıblar.

Son xəbərlər

Orphus sistemi