PA rəsmisi: "Ermənistanda azərbaycanlılara məxsus 2000 toponim dəyişdirilib, 850 bina dağıdılıb"

PA rəsmisi: "Ermənistanda azərbaycanlılara məxsus 2000 toponim dəyişdirilib, 850 bina dağıdılıb" "Ermənistan dünyada yeganə ölkədir ki, İrəvanın memarlıq simasını tamamilə dəyişib. İrəvan qalasının izi silinib. Orada yalnız Göy məscid qalıb. Ermənistanda 850 bina dağıdılıb. Onlar dünyaya car çəkirlər ki, İrəvan qədim şəhərdir, lakin tarixi yerləri da
Daxili siyasət
24 Noyabr , 2021 18:45
PA rəsmisi: Ermənistanda azərbaycanlılara məxsus 2000 toponim dəyişdirilib, 850 bina dağıdılıb
0 : 00
0 : 00

"Ermənistan dünyada yeganə ölkədir ki, İrəvanın memarlıq simasını tamamilə dəyişib. İrəvan qalasının izi silinib. Orada yalnız Göy məscid qalıb. Ermənistanda 850 bina dağıdılıb. Onlar dünyaya car çəkirlər ki, İrəvan qədim şəhərdir, lakin tarixi yerləri dağıdıblar, 2 000 toponimi tamamilə dəyişdiriblər".

"Report" xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ermənilərin törətdikləri dünyada görülməyən vəhşiliklərdir: "Onlar Azərbaycan mədəniyyətinin bütün izlərini silmək istəyirlər. Dağıntıların şəkillərini çəkmək və saxlamaq lazımdır. Çünki orada bərpa işləri aparılacaq və dağıntılar qalmayacaq".

"Hazırda döyüşlərdən də ağır informasiya savaşı gedir. Ermənilərin etdiyini dünyaya göstərmək lazımdır", - F.Axundov bildirib.

Son xəbərlər

Orphus sistemi