PA-nın şöbə müdiri: “Venesiya Komissiyasının rəyinin siyasi sifariş olduğu təəssüratı yaranır”

PA-nın şöbə müdiri: “Venesiya Komissiyasının rəyinin siyasi sifariş olduğu təəssüratı yaranır” “Siyasi sifarişi AŞPA-da təmsil olunan deputatlar həyata keçirib”
Daxili siyasət
21 Sentyabr , 2016 17:31
PA-nın şöbə müdiri: “Venesiya Komissiyasının rəyinin siyasi sifariş olduğu təəssüratı yaranır”

Bakı. 21 sentyabr. REPORT.AZ/ “Ümumiyyətlə, belə təəssürat yaranır ki, Venesiya Komissiyasının rəyi siyasi sifarişdir. Ona görə ki, bu rəy tələsik hazırlanıb. Referendum Aktı layihəsi iyunun 18-də dərc edilib. AŞPA sədrinin Venesiya Komissiyasına məktubu referendum gününə 20 gün qalmış təqdim edilib."

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.

O bildirib ki, siyasi sifarişi AŞPA-da təmsil olunan deputatlar həyata keçiriblər.

“Biz Venesiya Komissiyası ilə bu cür işləməmişik. Komissiyanın plenar iclasına qədər Azərbaycan hökumətinin rəyi olacaq”, - Ş.Əliyev vurğulayıb.

O qeyd edib ki, bu rəylə bağlı Azərbaycan Prezident Administrasiyası ilə əlaqə saxlanılmayıb, bizim mövqeyimiz öyrənilməyib: "Biz bundan təəssüf hissi keçiririk. Bir sözlə, Venesiya Komissiyasının rəyi ilə bağlı prosedur qaydaları pozulub. Bu, Avropa Şurası daxilində gedən siyasi proseslərin nəticəsdir, aysberqin görünməyən tərəfidir”.

Son xəbərlər

Orphus sistemi