PA-nın sektor müdiri azad edilən ərazilərdəki bərpa-quruculuq işlərində fəal olan ölkələrə təşəkkürünü bildirib

PA-nın sektor müdiri azad edilən ərazilərdəki bərpa-quruculuq işlərində fəal olan ölkələrə təşəkkürünü bildirib Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərində fəal olan ölkələrə və şirkətlərə təşəkkürünü bildirib.
Daxili siyasət
9 İyun , 2023 19:15
PA-nın sektor müdiri azad edilən ərazilərdəki bərpa-quruculuq işlərində fəal olan ölkələrə təşəkkürünü bildirib

Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərində fəal olan ölkələrə və şirkətlərə təşəkkürünü bildirib.

“Report”un xəbərinə görə, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dirçəliş. Başlanğıc” kitabının təqdimat mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər: "Qardaş Türkiyə, Özbəkistan, Qırğızıstan kimi ölkələrə fürsətdən istifadə edib bir daha təşəkkürümüzü bildiririk. Artıq azad olunmuş ərazilər ərazilərə həyat qayıdır. Suqovuşanda keçirilən avarçəkmə yarışları, Şuşada keçirilən silsilə tədbirlər bunun göstəricisidir”.

Son xəbərlər

Orphus sistemi