Özəl baytarlıq xidmətlərinin sadələşdirilmiş vergiyə cəlb olunmasına dair qanun təsdiqlənib

Özəl baytarlıq xidmətlərinin sadələşdirilmiş vergiyə cəlb olunmasına dair qanun təsdiqlənib Azərbaycanda özəl baytarlıq xidmətlərinin sadələşdirilmiş vergiyə cəlb olunmasına dair qanuna dəyişiklik təsdiqlənib.
Daxili siyasət
19 Avqust , 2022 17:05
Özəl baytarlıq xidmətlərinin sadələşdirilmiş vergiyə cəlb olunmasına dair qanun təsdiqlənib

Azərbaycanda özəl baytarlıq xidmətlərinin sadələşdirilmiş vergiyə cəlb olunmasına dair qanuna dəyişiklik təsdiqlənib.

"Report"un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Dəyişikliklə özəl baytarlıq xidmətlərinin göstərilməsi ilə məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 20 manat müəyyən edilib.

Qeyd edək ki, bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən ediləcək:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;

- Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində - 1,5;

- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 1,0;

- digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) - 0,5.

Son xəbərlər

Orphus sistemi