Ötən il şərabçılıq məhsulları üzrə 22, xalça sənətinə dair 3 əmtəə nişanı qeydiyyata alınıb

Daxili siyasət
  • 01 mart, 2022
  • 09:18
Ötən il şərabçılıq məhsulları üzrə 22, xalça sənətinə dair 3 əmtəə nişanı qeydiyyata alınıb

Ötən il Əqli Mülkiyyət Agentliyi tərəfindən şərabçılıq məhsulları üzrə 22, xalça sənətinə dair isə 3 əmtəə nişanı qeydiyyata alınıb.

"Report" xəbər verir ki, bu, agentliyin 2021-ci ildə görülmüş işlər barədə hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, 2021-ci il ərzində şərabçılıq məhsulları üzrə 22 ədəd əmtəə nişanı yerli sahibkarların adına qeydiyyata alınıb və onlara dair Azərbaycan Respublikasının ərazisində qüvvədə olan şəhadətnamələr verilib.

Eyni zamanda, əllə xalçatoxuma sənəti sahəsində unudulmaqda olan ənənələrin, bədii və texniki iş üsullarının, xalça çeşnilərinin bərpası və inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilmiş, sənaye mülkiyyəti obyektləri kimi müvafiq Dövlət reyestlərində əvvəlki illərdə qeydiyyata alınan və Azərbaycan Respublikasının ərazisində qüvvədə olan 2 ixtira, 5 sənaye nümunəsi, 6 əmtəə nişanı, 3 coğrafi göstərici ilə yanaşı, 2021-ci ildə xalça sənətinə dair 3 əmtəə nişanı Dövlət Reyestrində qeydiyyata alınıb.

44 filmi