Ötən il Naxçıvanda 400-ə yaxın elektron imza sertifikatı verilib

Ötən il Naxçıvanda 400-ə yaxın elektron imza sertifikatı verilib Ötən il Naxçıvanda 400-ə yaxın elektron imza sertifikatı verilib.
Daxili siyasət
2 Fevral , 2023 18:38
Ötən il Naxçıvanda 400-ə yaxın elektron imza sertifikatı verilib

Ötən il Naxçıvanda 400-ə yaxın elektron imza sertifikatı verilib.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna bildirilib ki, 2022-ci il ərzində 12 vətəndaş, 54 sahibkar, 64 hüquqi şəxs və 262 dövlət qurumu olmaqla, ümumilikdə 392 elektron imza sertifikatı istifadəçilərə verilib.

Cari ilin yanvar ayında isə 2 sahibkar, 6 hüquqi şəxs və 16 dövlət qurumu olmaqla, ümumilikdə 24 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq aidiyyəti üzrə istifadəçilərə təqdim edilib.

Elektron məkanda imzalamanı təmin edən və bütün beynəlxalq təhlükəsizlik standartına cavab verən tam təkmil imzalama vasitəsi olan elektron imzadan bütün vətəndaşlar, dövlət orqanları, fiziki və hüquqi şəxslər istifadə edə bilərlər.

Vətəndaşların nəzərinə çatdırılır ki, elektron imzanı almaq üçün qanunvericiliklə müəyyən olunmuş sənədlər Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinə təqdim olunmalıdır.

Sertifikat əldə etmək üçün ödəniləcək dövlət rüsumu hüquqi şəxslər üçün 72 AZN, dövlət qurumları üçün 58 AZN, sahibkarlar üçün 36 AZN, vətəndaşlar üçün 18 AZN təşkil edir və istifadə müddəti isə 3 ildir.

Elektron imza və ondan istifadə qaydaları barədə ətraflı məlumatları nmincom.gov.az və ya token.sima.az saytı vasitəsilə əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi