Ötən il Azərbaycanda 3410-u əkiz, 147-si üçəm, 4-ü isə dördəm doğulub.
"Report" xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqlamasında qeyd olunub.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz təşkil edib.
Bildirilib ki, 2023-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 112620 doğulan körpə qeydə alınıb və 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,1-ə düşüb.
Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (14,0), Mil-Muğan və Şərqi Zəngəzur (13,2), Lənkəran-Astara (13,1), Qarabağ (13,0), Şirvan-Salyan (12,5), Quba-Xaçmaz və Mərkəzi Aran (12,3), Qazax-Tovuz (12,0) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.