Ötən il Azərbaycan vətəndaşlığına qəbul olunan şəxslərin sayı açıqlanıb

Ötən il Azərbaycan vətəndaşlığına qəbul olunan şəxslərin sayı açıqlanıb Bakı. 6 mart. REPORT.AZ/ Ötən il Azərbaycan vətəndaşlığına qəbul, bərpa və vətəndaşlıqdan çıxarılma ilə bağlı müraciətlərin sayı açıqlanıb.
Daxili siyasət
6 Mart , 2019 10:42
Ötən il Azərbaycan vətəndaşlığına qəbul olunan şəxslərin sayı açıqlanıb
0 : 00
0 : 00

Bakı. 6 mart. REPORT.AZ/ Ötən il Azərbaycan vətəndaşlığına qəbul, bərpa və vətəndaşlıqdan çıxarılma ilə bağlı müraciətlərin sayı açıqlanıb.

”Report”un xəbərinə görə, Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatında bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa və xitam ilə bağlı əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən, həmçinin ölkə vətəndaşlarından daxil olmuş 965 müraciət müvafiq qaydada araşdırılıb.

Bu müraciətlərdən 579-u Azərbaycan vətəndaşlığına qəbul, 11-i vətəndaşlığa bərpa, 375-i isə vətəndaşlıqdan çıxarma ilə bağlı olub.

Eyni zamanda əvvəlki hesabat dövründən icraatda olan sənədlərlə birlikdə 975 vəsatət (616 qəbul, 14 bərpa, 345 çıxarma) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasına təqdim edilib.

Son xəbərlər

Orphus sistemi