Ötən il 8 müəllifin hüquqları pozulub, müraciətlərin əksəriyyəti müsbət həll olunub

Ötən il 8 müəllifin hüquqları pozulub, müraciətlərin əksəriyyəti müsbət həll olunub 2021-ci ildə pozulmuş müəlliflik hüququ və əlaqəli hüquqların bərpasına kömək göstərilməsi ilə bağlı Agentliyə 8 yazılı müraciət daxil olub.
Daxili siyasət
1 Mart , 2022 12:58
Ötən il 8 müəllifin hüquqları pozulub, müraciətlərin əksəriyyəti müsbət həll olunub

Ötən ildə pozulmuş müəlliflik hüququ və əlaqəli hüquqların bərpasına kömək göstərilməsi ilə bağlı Agentliyə 8 yazılı müraciət daxil olub.

"Report" xəbər verir ki, bu Əqli Mülkiyyət Agentliyinin 2021-ci ildə görülmüş işlər barədə hesabatında öz əksini tapıb.

Bildirilib ki, bunlar əsasən elmi və ədəbi əsərlər və musiqi sahəsini əhatə edir. Qeyd edilən müraciətlər Agentlik tərəfindən müəllif-hüquq qanunvericiliyinin tələbləri baxımından araşdırılıb, müvafiq tədbirlər görülərək, bir qismi Agentliyin səlahiyyətləri çərçivəsində həll edilmiş, qalanları aidiyyəti üzrə qurumlara göndərilib. Daxil olmuş müraciətlərin əksəriyyəti müsbət həll edilib.

2021-ci il ərzində Agentliyin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya Şurasına 245 müraciət daxil olub. Ötən dövr üzrə daxil olmuş və yekunlaşdırılmış işlər də nəzərə alınmaqla, hesabat dövründə 226 işə baxılıb, 110 iş üzrə ərizənin təmin edilməsi, 43 iş üzrə ərizənin qismən təmin edilməsi, 66 iş üzrə, o cümlədən əmtəə nişanına dair 62, ixtiraya dair 2, faydalı modelə dair 2 ərizənin rədd edilməsi, 7 ərizənin baxılmamış saxlanması barədə qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi