Ötən il 20-dək gənc hakim məhkəmələrə təyinat alıb

Ötən il 20-dək gənc hakim məhkəmələrə təyinat alıb Bu barədə Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclasında bildirilib
Daxili siyasət
7 May , 2021 18:50
Ötən il 20-dək gənc hakim məhkəmələrə təyinat alıb
0 : 00
0 : 00

Ötən il dövlət başçısının sərəncamları ilə 30-dan çox rəhbər hakim vəzifələrinə təyinatların aparılması, bir sıra hakimlərin intizam qaydasında aşağı işə keçirilməsi, yüksək hazırlığa və zəruri mənəvi keyfiyyətlərə malik 20-dək yeni nəsil gənc hakim ali və apellyasiya məhkəmələrində irəli çəkilib.

"Report" xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclasında bildirilib.

Bu tədbirlərin davamı olaraq Şuranın iclasında ali və apellyasiya məhkəmələrinə zəruri hazırlığa və mənəvi keyfiyyətlərə malik 24 hakimin təyin olunması, apellyasiya məhkəmələrinin rəhbərliyində dəyişikliklərın aparılması, həmçinin, fəaliyyətində çatışmazlıqlara yol verən hakimlərin həmin məhkəmələrdən kənarlaşdırılmasına dair təkliflər verilib.

Son xəbərlər

Orphus sistemi