Ötən il 110 patent qeydiyyata alınıb

Ötən il 110 patent qeydiyyata alınıb Ötən il ərzində müvafiq dövlət reyestrində ixtiralara dair 110 (2019-cu ildə 102) patent qeydiyyata alınıb
Daxili siyasət
22 Fevral , 2021 12:29
Ötən il 110 patent qeydiyyata alınıb

Ötən il ərzində müvafiq dövlət reyestrində ixtiralara dair 110 (2019-cu ildə 102) patent qeydiyyata alınıb.

“Report” xəbər verir ki, bu, Əqli Mülkiyyət Agentliyinin 2020-ci ilin yekunları üzrə hesabatında qeyd olunub.

Qeydiyyata alınan ixtiralardan 95 ədədi milli, 15 ədədi isə xarici hüquqi şəxslərə məxsus olub.

Xarici ölkələrə gəlincə, bura Türkiyə (6), İtaliya (2), ABŞ (4), Fransa (2) və Polşa (1) daxildir.

Bildirilib ki, faydalı modellərə dair 40 patent (2019-cu ildə 16) qeydiyyata alınıb, onlardan 24 ədədi milli, 16 ədədi isə
xarici hüquqi şəxslərə məxsus olub.

Bundan başqa, sənaye nümunələrinə dair 31 ədəd patent qeydiyyata alınıb, onlardan 15 ədədi milli, 16 ədədi isə xarici hüquqi şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi