Ötən həftə azad olunan torpaqlarda 120 mina zərərsizləşdirilib
Daxili siyasət
- 07 aprel, 2025
- 14:14
Azad olunan ərazilərdə martın 31-dən aprelin 6-dək 107 piyada əleyhinə mina, 13 tank əleyhinə mina, 870 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 2009,1 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
Son xəbərlər
20:55
Bəqai: İran ABŞ-nin analoji infrastrukturuna cavab zərbəsi endirəcək
Digər ölkələr20:48
Premyer Liqa: "Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
Futbol20:48
Ərdoğan: 38 gündür davam edən müharibə bütün bölgəyə təsir göstərir
Region20:33
Yermek Koşerbayev Gürcüstanda rəsmi səfərdədir
Region20:23
Sabah Culfanın 18 kəndində işıq olmayacaq
İnfrastruktur20:16
ABŞ və İsrailin raket hücumu nəticəsində İranda ölənlər var
Region20:04
"Formula 1" komandalarının ən yüksək maaş alan menecerlərinin siyahısı açıqlanıb
Formula 120:04
Ermənistanda İqtisadiyyat Nazirliyi yaxınlığında atışma baş verib, bir nəfər yaralanıb
Region19:58
Video