Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb

Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili siyasət
29 Mart , 2024 09:26
Ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürüblər.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 12 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 13 qumbara, 4 alışdırıcı, 25 tüfəng, 7 patron darağı və 97 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Son xəbərlər

Orphus sistemi