Ötən gün vətəndaşlardan 9 silah götürülüb

Ötən gün vətəndaşlardan 9 silah götürülüb Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Daxili siyasət
24 Yanvar , 2024 09:17
Ötən gün vətəndaşlardan 9 silah götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan 9 silah götürüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd tapança, 7 ədəd müxtəlif markalı tüfəng və 195 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 21 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi