Yuxarı
    Bağlamaq

    Oqtay Əsədov: "Maliyyə vəsaitlərinin artırılması ilə bağlı təklif verərkən diqqətli olun"

    Şəxsən özüm maliyyə naziri Samir Şərifovla beş dəfə telefon əlaqəsi saxlamışam, on dəfə adam göndərmişəm

    Bakı. 20 noyabr. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədov parlamentdə büdcə müzakirələri zamanı deputatların yekun çıxışından sonra onları və bəzi dövlət qurumlarını büdcədən maliyyə vəsaitlərinin artırılması ilə bağlı təkliflərində diqqətli olmağa çağırıb. “Report”un xəbərinə görə, o çıxışında deyib ki, indiyə kimi büdcə müzakirlərində 54 deputat çıxış edib: “Mən indiyəcən dünyanın heç yerində rast gəlməmişəm ki, büdcə məsələləri ilə bağlı hamı razı qalsın. Büdcədə istər-istəməz hansısa çatışmayan məsələlər ola bilər. Ancaq bilmək lazımdır ki, büdcə heç də bir-iki aya hazırlanmır. Bu sənəd Maliyyə Nazirliyi başda olmaqla bütün dövlət strukturları ilə birlikdə işlənilib hazırlanır. Hər kəs də çalışır ki, öz mövqeyini müdafiə etsin. Sonra hazırlanmış sənəd Maliyyə Nazirliyinə təqdim olunur. Həmin sənəd üzərində işlənildikdən sonra prezidentə göndərilir. Sonda razılaşdırılımış və balanslaşdırılımış büdcə layihəsi parlamentə daxil olur. Özünü tərifləmək olmasın, şəxsən özüm maliyyə naziri Samir Şərifovla beş dəfə telefon əlaqəsi saxlamışam, on dəfə adam göndərmişəm. Nəyi razılaşdırmaq mümkündürsə alınıb, mümkün olmayanlar isə alınmayıb. İndi hər kəsin, hər təşkilatın öz maliyyəsinin artırılması ilə bağlı təklifi düzgün deyil. Millət vəkilləri də bu məsələdə diqqətli olsunlar”.
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi