Oqtay Əsədov: “Əgər həmin maddə tətbiq olunsa, Avropa Şurasında qalıb-qalmayacağımızı müzakirə edəcəyik”

Oqtay Əsədov: “Əgər həmin maddə tətbiq olunsa, Avropa Şurasında qalıb-qalmayacağımızı müzakirə edəcəyik” Milli Məclisin sədri: “Sanki, lotereya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər”
Daxili siyasət
20 Oktyabr , 2017 12:23
Oqtay Əsədov: “Əgər həmin maddə tətbiq olunsa, Avropa Şurasında qalıb-qalmayacağımızı müzakirə edəcəyik”

akı. 20 oktyabr. REPORT.AZ/ “Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnanməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıblar. Bu da, məncə, doğru addım deyil”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov bildirib. 

O deyib ki, Avropa Məhkəməsinin 10 mindən yuxarı qərarı icra olunmur: “Amma Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir. Elə bil, sanki, lotereya oynayırlar, o qədər ölkədən Azərbaycanı hədəf seçirlər. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi qərəzli olar. Bu baş verərsə, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq”.

Son xəbərlər

Orphus sistemi