Operativ Qərargah: Naxçıvana gediş-gəliş mümkün deyil

Operativ Qərargah: Naxçıvana gediş-gəliş mümkün deyil Azərbaycanda sarı zonadan narıncı zonaya gediş-gəliş qadağandır.
Daxili siyasət
15 May , 2020 18:16
Operativ Qərargah: Naxçıvana gediş-gəliş mümkün deyil

"Azərbaycanda sarı zonadan narıncı zonaya gediş-gəliş qadağandır". 

"Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Bakıda işləyənlər Azərbaycanın başqa yerlərindən şəhərə gələ bilirlər. Naxçıvandan isə gediş-gəliş sadəcə texniki baxımdan mümkün deyil. Çünki bu səfər təyyarə ilə həyata keçirilir, bu da 1-2 nəfər üçün mümkün deyil. Yəni kontinget olmalıdır ki, təyyarə uçuş edə bilsin. Bütövlükdə yolların açılması, gediş-gəlişin bərpası müzakirə olunan, arzu olunan məsələdir. Növbəti mərhələlərdə bu məsələ aktuallaşa bilər"

Son xəbərlər

Orphus sistemi