Cəzaçəkmə müəssisələrində səsvermə prosesi keçirilir

Cəzaçəkmə müəssisələrində səsvermə prosesi keçirilir Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müəssisələrində saxlanılan müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar və həbs edilmiş şəxslər seçki hüquqlarından istifadə edirlər.
Daxili siyasət
1 Sentyabr , 2024 08:56
Cəzaçəkmə müəssisələrində səsvermə prosesi keçirilir

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin müəssisələrində saxlanılan müəyyən müddətə və ömürlük azadlıqdan məhrum edilmiş məhkumlar və həbs edilmiş şəxslər seçki hüquqlarından istifadə edirlər.

"Report" xəbər verir ki, bu məqsədlə ölkə üzrə bütün digər seçki məntəqələrində olduğu kimi, cəzaçəkmə müəssisələrində də sərbəst seçimi təmin edəcək əlverişli seçki mühiti yaradılıb.

Seçki məntəqələri zəruri avadanlıqlar və texniki vasitələrlə təchiz olunub. Səsvermənin yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlardan səmərəli istifadə olunur.

Məhkum və həbs edilmiş şəxslər penitensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.

Bundan əlavə, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların da səs vermələri üçün bütün zəruri tədbirlər görülüb və əsgərlər yaradılmış məntəqələrdə öz seçki hüquqlarından istifadə edirlər.

Səsvermə prosesi müşahidəçilər və kütləvi informasiya vasitələri nümayəndələri tərəfindən izlənilir.

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Son xəbərlər

Orphus sistemi