Ombudsmanın nümayəndələri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə baş çəkib

Ombudsmanın nümayəndələri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə baş çəkib Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Qanunsuz Miqrantların S
Daxili siyasət
147
1 Sentyabr , 2021 17:28
Ombudsmanın nümayəndələri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı Şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçirilib.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmənin məqsədi Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində əcnəbilər üçün yaradılan şərait və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, məcburi və könüllü qaydada saxlanılan şəxslərin hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

MPQ üzvləri tərəfindən mərkəzin yataqxana korpuslarına, yaşayış və tibb otaqlarına, müsahibə yerlərinə, yeməkxana, ərzaq anbarı və digər obyektlərə baxışlar keçirilib, habelə sovqat qəbulu, gəzinti, telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb. Eyni zamanda, məcburi qaydada saxlanılan şəxslər üçün nəzərdə tutulan binanın əsaslı təmir məqsədilə fəaliyyətinin müvəqqəti dayandırıldığı müşahidə olunub.

Başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı müəssisədə saxlanılan şəxslər qəbul edilərək konfidensial qaydada dinlənilib və onlar saxlanma şəraitindən şikayət etməyiblər. Bir sıra müraciətlər isə yerində təmin edilib.

Yekunda müəssisə rəhbərliyi və əməkdaşlarla milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbətlər aparılıb, müvafiq tövsiyələr verilib və onlara Çağrı Mərkəzi ilə bağlı məlumatların əks olunduğu plakatlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi